Kiberdələduzların qurbanı olmamaq üçün nə etmək lazımdır? - VİDEO

Son zamanlarda kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir.

Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, informasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirir ki, kiberdələduzlar artıq çox asanlıqla istənilən saytın klonunu yaratmaqla bu əməli həyata keçirirlər.

Ekspert bu kələyin qurbanı olmamaq üçün şirnikləşdirici təkliflərə aldanmamağı tövsiyyə edib.

Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edib.

Daha ətraflı videomaterialı təqdim edirik:
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31