Ürəklə bağlı dərmanlar nə vaxtdan pulsuz olacaq? - Rəsmi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ürək-damar xəstəlikləri ilə bağlı dərman vasitələrinin resept əsasında icbari tibbi sığorta tərəfindən qarşılanmasının nəzərdə tutulduğunu açıqlayıb.

Olaylar.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Axar.az-a bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub:

"Tibbi sığorta haqqında" Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunduğundan dərman təminatına bu ilin 2-ci yarısında başlanılması nəzərdə tutulub. 2025-ci ilin ikinci yarısından ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.

Təmin ediləcək dərmanların müddəti isə həkim müayinəsindən sonra müəyyən olunacaq. Çünki həkim qəbulundan sonra həmin dərmanların istifadəsinə ehtiyac qalmaya və ya başqa dərmanlarla əvəz oluna bilər. Ona görə də müayinədən sonra lazım olduğu təqdirdə dərman təminatının edilməsi planlaşdırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31