Şəhid Yasin Məmmədovun məzarı ziyarət ediblər- ÖZƏL
10:59 SosialYAP Gədəbəy rayon təşkilatının əməkdaşının şəhid ailələini ziyarət etməsi ənənə halını alıb. "Olaylar" xəbər verir ki, bu dəfə rayon təşkilatının əməkdaşları Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Gədəbəy rayon Cümə məscidinin imamı eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz- rayonun Çanaqçı kənd sakini Məmmədov Yasin İman oğlunun doğum günü münasibətilə məzarı ziyarət ediblər. Xiyarət zamanı şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəsətələri düzülüb və ruhuna dualar oxunub.
Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər".