May ayında qar yağdı, işıqlar kəsildi

May ayında qeyri-adi qar yağışı Moskva vilayətində 400-dən çox yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub.

Olaylar.az xəbər verir ki, bu barədə Moskva vilayət prokurorluğu yayıb.

Qeyd olunur ki, Klinsk, Solneçnoqorsk, İstra, Volokolamsk, Dmitrov və Taldom bölgələrində enerji təchizatında kəsintilər baş verib.

Hazırda enerji verilişinin bərpası istiqamətində işlər aparılır və proses yerli idarəetmə orqanlarının nəzarətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31