İnsan hüququ və azadlıqlarının qoruyucusu olan vəkillərə  qayğının növbəti təzahürü- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatların davamı olaraq dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarının artırılması ilə bağlı qəbul edilən qərar  Vəkillik İnstitutunun möhkəmləndirilməsinə və onun cəmiyyətdəki rolunun daha da artmasına xidmət etməklə, vəkillərin üzərinə böyük məsuliyyət qoyur". "Olaylar" xəbər verir ki, bunu  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 20 saylı Vəkil Bürosunun Vəkili Rövşən Qasımov deyib: "İnsan hüquq və azadlıqlarının qorunması sahəsində dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarının artırılması Azərbaycan Respublikası Vəkillər Kollegiyası rəhbərliyinin son illərdə əldə etdiyi ən böyük uğurlardan biridir. Vəkillərə, dövlətimizin vəkillik peşəsinə verdiyi önəmin bariz nümunədir. İnsan hüquq və azadlıqlarının qorunması zamanı dövlət hesabına vəkillərə ödənilən məbləğ  2018-ci ildə 2 manatdan 6 manata qaldırılmışdı. Aradan keçən zaman kəsiyində bütün sahələrdə məvaciblərin və digər ödənişlərin artırılması dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarının da real vəziyyətə uyğun şəkildə artırılmasını ehyiyacı yaranmışdır. Məhz bu baxımdan Azərbaycan Respublikası Vəkillər Koleegiyasının Rəyasət heyyətinin sədri  cənab Anar Bağırov   dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı ödənilən məbləğin ağlabatan həddə qaldırlması ilə bağlı qərarın qəbul edilməsi üçün yorulmadan  səy göstərmişdir. Cənab Anar Bağırov uzun müddətdir ki, dövlət hesabına hüquqi yardıma görə ödənişin miqdarının artırılması üçün aidiyyəti qurumlarla danışıqlar aparırdı. Bunun nəticəsində dövlət hesabına hüquqi yardım alan şəxslərə xidmət göstərən vəkillərin ödənişləri əhəmiyyətli dərəcədə artırıldı. Qəbul edilmiş yeni qərara əsasən vəkillərə ödənilən məbləğ 6 manatdan artırılaraq  11 manat müəyyən edildi.  
Qəbul edilmiş bu qərar yalnız maddi təminatın yaxşılaşdırılması ilə yekunlaşmır, eyni zamanda hüquqi yardımın keyfiyyətinin artırılmasına, hüquqi yardıma ehtiyacı olan vətəndaşlara göstərilən hüquqi xidmətlərin daha məsuliyyətli, peşəkar səviyyədə təşkil olunmasına da mühüm töhfə verəcək. İnsanların vəkilin xidmətindən istifadəyə çıxış imkanlarının genişləndirilməsi və hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi baxımından bu qərarın rolu böyükdür.
Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması böyük məmnunluq doğurur. Bu qərar vəkillərin zəhmətinin qiymətləndirilməsi və onların sosial təminatının gücləndirilməsi baxımından mühüm addımdır. Azərbaycan vəkilliyinin  inkişafı və vəkillərə qayğı  dövlətimizin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasında  vəkilliyinin və vəkillərin davamlı inkişafına göstərilən diqqət və qayğıya görə başda Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyev olmaqla, Nazirlər Kabinetinə və Vəkillər Kollegiyasının rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31