Bu artım hüquqi yardımın keyfiyyətinin daha da yüksəldilməsinə səbəb olacaq- ÖZƏL

Dövlət hesabına ödənilən hüquqi yardım məbləği bir saat üçün  6 manatdan 11 manatadək artırıldı. Bu, vəkillərin fəaliyyətində hansı keyfiyyət dəyişikliyinə səbəb olacaq? "Olaylar"ın məlumatına görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması böyük məmnunluq doğurur: "Bu qərar vəkillərin zəhmətinin qiymətləndirilməsi və onların sosial təminatının gücləndirilməsi baxımından mühüm addımdır. Bildirmək istərdik ki, artım hüquqi yardımın keyfiyyətinin daha da yüksəldilməsinə və əhaliyə göstərilən xidmətin səviyyəsinin artırılmasına töhfə verəcək. Həm də bu addım vəkillik institutunun inkişafına və cəmiyyətimizdə ədalətə çıxış imkanlarının genişlənməsinə xidmət edir. 
Azərbaycan vəkilliyinin davamlı inkişafı üçün göstərilən diqqət və dəstəyə görə bütün qurumlara minnətdarıq. Bu mühüm qərar bizi daha böyük əzm və məsuliyyətlə fəaliyyətə sövq edir.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində qəbul edilmiş qərar münasibəti ilə bütün həmkarlarımızı  təbrik edir, işlərində uğurlar arzulayırıq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31