Qızları erkən yaşdan hüquqları barədə məlumatlandırmaq lazımdır
14:28 Sosial"Qadın Sağlamlığı Mərkəzi"nin təşkilatçılığı ilə "Aprelin işığında qadının səsi" adlı tədbir keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə "Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək" İB İdarə Heyətinin üzvü, "IDDO Psixi Sağlamlıq" Proqramının rəhbəri, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədov məlumat verib: ""Qadın Sağlamlığı Mərkəzi"nin təşkil etdiyi "Aprelin işığında qadının səsi" tədbirində çıxış etdim.Tədbirdə qadınlara qarşı zorakılıqla mübarizənin vacibliyindən danışaraq xüsusilə vurğuladım ki, regionlarda bu mövzu daha aktualdır və maarifləndirmə işləri artıq orta məktəblərdən başlanmalıdır.
Qızlarımızı erkən yaşdan hüquqları barədə məlumatlandırmaq, onlara öz dəyərlərini və güclərini tanıtmaq cəmiyyətimizin sağlam gələcəyi üçün əsas şərtdir. Belə təşəbbüslərin davamlı olması, qadınların səsinin daha güclü eşidilməsi üçün böyük əhəmiyyət daşıyır".