"Ingla School Baku” Özbəkistan universitetlərini Bakıya gətirir

03 may 2025-ci ildə Azərbaycanda ilk dəfə olaraq "Ingla School Baku"nun təşkilatçılığı ilə Özbəkistan universitetlərinin sərgisi keçiriləcək.

Crossmedia.az xəbər verir ki, tədbir AMEA Mərkəzi Elmi Kitabxananın Sərgi salonunda ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında) keçiriləcək və saat 10:00-dan 17:00-a qədər qədər davam edəcək.

Sərgidə bakalavr, magistr və doktorantura proqramları, tibb, mühəndislik, İT və digər tələbatlı ixtisaslar, universitet nümayəndələri ilə birbaşa görüş, təqaüd imkanları, təhsil imkanları və qəbul şərtləri haqqında geniş məlumat əldə etmək mümkün olacaq.

Qeydiyyat mütləqdir və aşağıdakı  linkdən istifadə etmək xahiş olunur:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdu3J-vit78Edkx_GiCRNiZAjjg2aX-tSZ4CyDln2bWxg7LLw/viewform?usp=header

Qeyd edək ki, sərginin informasiya dəstəkçisi Crossmedia.az Analitik İnformasiya Portalıdır.

https://crossmedia.az/az/article/28270

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31