30 il media səhnəsində – “Olaylar” yaşayır və yaşadır- OLAYLAR-30
13:20 SosialTural İsmayılov,
politoloq
Mən "Olaylar" qəzetini təbrik edirəm. "Olaylar" qəzeti 30 illik fəaliyyəti dövründə Azərbaycan mediasında öz çəkisi, öz sözü olan və eyni zamanda Azərbaycan ictimai, siyasi fikir tarixinə, Azərbaycan milli mətbuat tarixinə öz böyük töhfəsini vermiş bir qəzetdir.
Eyni zamanda, "Olaylar" təkcə qəzet kimi yox, həm də informasiya portalı kimi də kifayət qədər aktivdir. "Olaylar"da gənc jurnalistlər böyük peşəkarlıq nümayiş etdirirlər, eyni zamanda orada hörmətli Yunus müəllim kimi bir rəhbər var.
Bu baxımdan da mən təbrik edirəm "Olaylar" qəzetini, fəaliyyətinə bundan sonra da uğurlar arzu edirəm. Yaxşı ki, Azərbaycan media məkanında "Olaylar" qəzeti , "Olaylar" kollektivi var. "Olaylar" kollektivinə Azərbaycan dövlətçiliyinin mənzərəsini aydın əks etdirdiyi üçün bir daha təşəkkür edirəm.