Mənsum İbrahimov “Olaylar”ı 30 illik yubileyi münasibətilə təbrik etdi- OLAYLAR-30
24 Aprel 2025 10:00 SosialAzərbaycan Respubkasının xalq artisti Mənsum İbrahimov "Olaylar" qəzetini 30 illik yubleyi münasibəti ilə təbrik edib. Xalq artisti "Olaylar "-ın informasiya məkanında hər zaman öz çəkisi, öz yeri olan bir kollektiv, agentlik və qəzet olduğunu söyləyib:
"Olaylar İnformasiya Agentliyi və "Olaylar" qəzeti yarandığı ilk günlərdən etibarən mən bu kollektivlə demək olar ki, əməkdaşlıq edirəm. Başda bizim dəyərli dostumuz Yunus bəy və əzizim Fatma xanım olmaqla, bütün kollektivlə çox gözəl münasibətim var. Bütün uğurlarında, bütün tədbirlərində demək olar ki, iştirak etmişəm. İnformasiya məkanında hər zaman öz çəkisi, öz yeri olan bir kollektivdir, bir agentlikdir, bir qəzettir. Bu qəzet hər zaman ədalət prinsipini qoruyub - hər zaman!
Mən "Olaylar"ın bütün uğurlarına ürəkdən sevinirəm, daim izləyirəm. Zaman-zaman bu agentliyin qonağı olmuşam, qəzetə müsahibələr vermişəm. Belə baxanda, əlbəttə, 30 il nə azdır, nə də çox. Amma bu 30 ildə çox böyük uğurlara imza atılıb. Mən bütün kollektivi ürəkdən təbrik edirəm. Uğurlarınız davamlı olsun! Hər zaman deyirəm: ədalətli və cəsarətli olun. O gün olsun ki, 50 illiyinizi, 100 illiyinizi də qeyd edəsiniz!
Ürəkdən təbrik edirəm. Bütün kollektivə can sağlığı və bu şərəfli, məsuliyyətli işinizdə bol uğurlar arzu edirəm. Yubileyiniz mübarək olsun".