Şəhidin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) - nin fəxri üzvü bəstəkar - yazar Fərahim Sadiqin təşəbbüsü ilə Şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Turnir Qulubəyovlar İrsi Mədəni Mərkəzi "ÖNCƏ VƏTƏN" və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin, Bakı Maliyə Kollecinin, Yasamal Rayon Şahmat məktəbinin və Adel Medianın təşkilatı dəstəyi, Azərbaycan televiziyasının informasiya dəstəyi ilə həyata keçirilib.

"Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri olan müharibə veteranları arasında Şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri böyük maraqla qarşılanıb.

Şəhidlimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə onun haqqında çəkilən sənədli filmin nümayişi və şahmat turnirinin qalibləri olan Vətən müharibəsi veteranların təltif olunması yaxın günlərdə Nizami kino-mərkəzdə təqdim olunacaqdır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31