“Olaylar” qəzeti bir növ ideoloji tribuna rolunu oynayıb- OLAYLAR-30

"Olaylar" qəzeti Azərbaycanda təlatümlü ictimai-siyasi proseslərin getdiyi dövdə nəşr həyatına başladı. Artıq  2-3 ildən sonra qəzet o zamankı palitrada öz dəst-xətti ilə seçilən, populyarlaşmış mətbuat orqanına çevirilmişdi. Mən "Olaylar"ın "qızıl dövrü"nü məmnunluqla xatırlayıram". Bunu  "Türküstan" Media Qrupunun baş redaktoru Aqil Camal deyib: "Sözsüz ki, bu uğurun əsasında "Olaylar"ın daşıdığı sabit ideoloji, siyasi xətt dayanırdı. Bu xətti müəyyən edən isə  qəzetin yaradıcısı - Azərbaycan milli azadlıq hərəkatının öncüllərindən olan Yunus Oğuz idi. 
"Olaylar" 30 illik fəaliyyətində hər zaman Azərbaycanın milli məsələlərinə, Güney Azərbaycan, Türk dünyası mövzularına xüsusi ağırlıq verib. Qəzet bir növ ideoloji tribuna rolunu oynayıb. 
Eyni zamanda, "Olaylar" bir media məktəbi olub. Bu gün Azərbaycan mətbuatında, ictimai-siyasi sferada "Olaylar" məktəbindən keçmiş xeyli sayda yetkin şəxs aktiv fəaliyyət göstərir.
Dəyərli həmkarımız Yunus bəyi və fədakar "Olaylar" ailəsini 30 illik münasibətilə təbrik edirəm, davamlı fəaliyyət arzulayıram!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31