"Qonşun pisdi, köç qutar" dövrü bitdi - Cəriməsi var - AÇIQLAMA

Azərbaycanda insanlar tez-tez qonşuların səs-küyündən şikayətlənirlər. Əsasən də bina evidə yaşayanlar üst qonşuların səsindən narahat olurlar. Çox insan narahat olsa da, düşünür ki, hər kəs öz evində istədiyi kimi səs çıxara bilər. Buna görə də, hansı addımları atacaqlarını bilmirlər.Halbuki, beynəlxalq təcrübədə bununla bağlı sərt qaydalar tətbiq olunur. İnsanlar da istirahətlərini pozan səs-küyə qarşı həssas yanaşırlar. Azərbaycanda da qonşuların narahat etmə ehtimalına qarşı hüquqi tədbirlər görmək mümkündür.

Səs-küy salıb, qonşuları narahat edənləri hansı cəza gözləyir? 

Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a vəkil Rəşad Əliyev açıqlama verib.

O bildirib ki, burda vəziyyət situasiyadan asılıdır. Belə ki, əgər təmirə ehtiyacı olan evdirsə, qonşu buna anlayış göstərməlidir. Amma burda məsələ restoran, iaşə obyektlərindən gedirsə, müəyyən şərtlər və saatlar var. 

"Gecə saat 24:00-dan 07:00-a qədər səsgücləndiricilər, TV, maqnitafon, musiqi ilə digər qonşulara narahatlıq yaratmaq, onların istirahət hüququnun pozulması bu qanuna aiddir.

Bu kimi hallarda, sakinlər polisə müraciət etməklə, həmin evə dəvət edib pozuntunun rəsmiləşdirilməsinə nail ola bilərlər. Bunun nəticəsində həmin qonşuya qarşı inzibati qaydada protokol tərtib olunacaq və bununla bağlı həmin sakin 150 manatdan 200 manata qədər cərimə oluna bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31