Pulsuz peşə təhsili almaq istəyənlərin nəzərinə - VİDEO

İşğaldan azad edilmiş ərazilərdəki peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək.

Prezident İlham Əliyev bununla bağlı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişikliyi təsdiqləyib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib ki, bu dəyişiklik Böyük Qayıdış proqramı çərçivəsində Qarabağa və işğaldan azad edilmiş digər ərazilərə qayıdan vətəndaşlar və onların övladları üçün peşə təhsilinə çıxışı daha da asanlaşdıracaq.

Ceyhun Kərəmov vurğuluyub ki, qanuna edilən dəyişiklik sayəsində vətəndaşların bu imkandan faydalanacağı və peşə təhsilinə marağın daha da artacağı gözlənilir.

Yeni qanun bu il sentyabrın 15-dən qüvvəyə minəcək.

Daha ətraflı videomaterialı təqdim edirik: 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31