DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib
14 Aprel 2025 11:05 SosialBu ilin birinci rübü ərzində DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib.
2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində "Smart DOST" xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.
Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri "bir pəncərə"dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,5 faizdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31