“Olaylar” peşəkar jurnalistika məktəbinə çevrilib- OLAYLAR-30

"Azərbaycanda media sahəsində peşəkar fəaliyyəti ilə özünəməxsus yer tutan "Olaylar" qəzetinin və İnformasiya Agentliyinin 30 yaşı tamam olur. Bu müddət ərzində "Olaylar" ilk növbədə özünün fərqləndirici xəttini müəyyən etməklə peşəkar bir media, jurnalistika məktəbinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Fəaliyyətində əsl jurnalistika etikasını qorumuş, mövcud normalar əsasında  nümunəvi və etibarlı informasiya ocağı kimi özünü təsdiqləmiş, nüfuz qazanmışdır. "Olaylar" İnformasiya Agentliyi fəaliyətini dövlətçilik, operativ və qərəzsiz informasiya, maarçilik, vətənə, xalqa xidmət prinsipləri əsasında qurmağı bacarmışdır. 
Bu xoş gündə  "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz başda olmaqla bütün kollektivi yubiley münasibətilə təbrik edirəm, çətin və məsuliyyətli peşə fəaliyyətinizdə sizə uğurlar, şəxsi həyatınızda isə əsl insani xoşbəxtlik arzulayıram."
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31