Nazirliyin rəqəmsal layihələri və DOST RİM daha 3 beynəlxalq mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "e-Sosial" portalı, proaktiv xidmət mexanizmləri və Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) fəaliyyəti  Böyük Britaniyanın "Global Banking & Finance Review" beynəlxalq qurumunun "Global Banking & Finance Awards" müsabiqəsində 3 kateqoriya üzrə mükafatlara layiq görülüb:

-        Ən yaxşı rəqəmsal hökumət platforması ("e-Sosial");

-        İnnovasiyada mükəmməllik - proaktiv xidmət;

-        Ən yaxşı İT idarəetmə komandası - DOST RİM.

https://www.globalbankingandfinance.com/global-banking-finance-awards-2025-award-winners

Müsabiqədə ABŞ, Səudiyyə Ərəbistanı, Sinqapur, Malayziya, Türkiyə və digər bir çox  ölkələrdən qurumlar iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31