Daha 38 hakimliyə namizədin təyinatı gözlənilir

"Ölkədə fəaliyyət göstərən hakim korpusunun say tərkibi ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılıb Hazırda məhkəmə sistemində 164 qadın hakim çalışır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü plenar iclasında deyib: "Yaxın zamanlarda daha 38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatları gözlənilir. Hazırda hakimliyə namizədlər müsahibə mərhələlərində topladıqları ballara uyğun özlərinə vakant vəzifələri seçirlər. Son il yarım ərzində 93 hakimliyə namizəd bu qaydada seçim edib.  2023-2024-cü illərdə 281 hakim barəsində təyinatlar aparılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31