Deputat Cahangir Zeynalovun ölkəyə dəvət olunmasını istədi
11 Aprel 11:26 Sosial"Xaricdə yaşayan tanınmış ziyalılar və sənət adamlarının ölkəyə qaytarılması məsləsi gündəmə gətirilməldir. İndi Cahangir Zeynalovun ölkəyə qayıtması məsələsini qaldırmaq istəyirəm". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.
Deputat bildirib ki, Cahangir Zeynalov Adanada teatr yaradıb, orada insanlara elm öyrədir: "Sənət məbədimizdə bu gün dava-dalaş gedir. Sənət camiəmiz görün nə vəziyyətdədir? Ona görə də Cahangir Zeynalovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Mən çox arzulayardım ki, gəlib, sənətimizdə boşluğu doldursun. Əlaqədar təşkilatlar Cahangir Zeynalovla danışıb, onu vətənə dəvət etsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31