Coğrafiyaçı alim kür çayının hidrokimyəvi tərkibini araşdırıb
10 Aprel 13:22 SosialAR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Ülkər Mahmudovanın məqaləsi Hindistanın Bangalore şəhərində Sosial Elmlər, İnnovasiyalar və Təhsil Texnologiyaları (5.ICSSIET 2024) üzrə Beynəlxalq konqresin materiallarında öz əksini tapıb.
"Assessment of Hydrochemical Composition of the Kura River for Sustainable Business Practices" (Davamlı biznes təcrübələri üçün Kür çayının hidrokimyəvi tərkibinin qiymətləndirilməsi) adlı məqalədən aydın olur ki, alınan nəticələrə əsasən, Yer üzərindəki bütün çayların tərkibində kimyəvi elementlər vardır. Heç bir yerdə təmiz suya rast gəlmək mümkün deyildir. Bütün çay sularınında kimyəvi tərkibli həll olmuş birləşmələr var və həmin sular bir sıra xüsusiyyətləri ilə seçilir.
Son illər Kür suyunda radioniklidlər, xlor, sulfat, hidrokarbonat, karbonat, neft məhsulları ilə çirklənmələr "YVB" hədd normasından çox olmuşdur. Biogen elementlərin tətbiqi azot-ammoniumun yüksək konsentrasiyası müəyyən edilmişdir. Bütün suların tərkibində 98 kimyəvi elementin 45-i vardır.
Bu səbəblərdən Kür çayının hidrokimyəvi tərkibini bilmək çox vacibdir.