"Olaylar"  yarandığı gündən cəmiyyətimizin maariflənməsinə mühüm töhfələr verir

Günay Ağamalı 
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

Azərbaycanın informasiya və media sahəsində özünəməxsus dəsti-xətti ilə seçilən "Olaylar"ın   yaranmasından 30 il ötür. Görkəmli ədibimiz Həsən bəy Zərdabi ideyalarını yaşadan və Azərbaycan mediasında oxucu inamını qazanan "Olaylar"  yarandığı gündən etibarən cəmiyyətimizin intellektual inkişafına və maariflənməsinə mühüm töhfələr verir. 
"Olaylar"  media  qrupu olaraq həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə baş verən hadisələri aydın, doğru, və obyektiv şəkildə təqdim etməklə böyük oxucu auditoriyası formalaşdıra bilmisiniz. Bununla yanaşı, fəaliyyətində hər zaman dövlətçiliyə sadiqlik və milli təəssübkeşlik ön planda olan media kimi sosial, iqtisadi və siyasi sferada yaşanan dəyişikliklərdən insanları anında xəbərdar edirsiz.  
Əziz və dəyərli Olaylar ailəsi! 
30 illik yubiley  münasibətilə sizləri ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm. İnanıram ki, bundan sonra da dəqiq və obyektiv xəbərlərlə oxucuların etimadını doğrultmağa davam edəcəksiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31