"Olaylar" informasiya sahəsində böyük uğurlara imza atıb
11 Aprel 17:40 Sosial"Olaylar"-ın bütün kollektivini 30 illik yubiley münasibətilə təbrik edirəm. "Olaylar" 30 illik fəaliyyəti dövründə informasiya sahəsində böyük uğurlara imza atmaqla yanaşı, Azərbaycan mətbuatının ön sıralarında yer tutmağı da bacarıb". Bunu Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, İlkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədov "Olaylar" media ailəsinin 30 illik yubileyi ilə bağlı fikirlərini bildirərkən qeyd edib: "
"Olaylar"-ın redaksiyasında çalışan jurnalistlərin əksəriyyəti oxucular üçün tanınmış imzalardır, onların 30 illik bu uzun yolda göstərdikləri peşəkarlıq və əzmkarlıqları xüsusi diqqətə layiqdir. Çünki onların fəaliyyəti yalnız xəbərləri oxucuya çatdırmaqla məhdudlaşmayıb, eyni zamanda cəmiyyətin obyektiv məlumat almasına, demokratik dəyərlərin təbliğinə, cəmiyyətin inkişafına, maarifləndirməyə yönəlib.
İnanıram ki, "Olaylar" gələcəkdə də cəmiyyətə həqiqəti çatdırmaqda müstəqil və etibarlı xəbər mənbəyi olmağı davam etdirəcək."