Bakının mərkəzində yeni park salınacaq - 2,4 milyon manat xərclənəcək
8 Aprel 2025 15:58 SosialBakıda yeni park salınacaq.
Olaylar.az-ın əldə etdiyi məlumata görə, yeni salınacaq park Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən "The Ritz-Carlton Baku" hotelinə qədər olan 12 ha ərazini əhatə edəcək.
Belə ki, artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə start verilib.
Qurum hazırda yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərini hazırlayacaq şirkət axtarışındadır.
Eyni zamanda, MMC sözügedən işləri icra edəcək şirkətə 2,4 milyon manat ödəməyə hazır olduğunu da bildirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31