Buraxılış imtahanının cavabları BU TARİXDƏ elan olunacaq
8 Aprel 2025 11:49 SosialMartın 2-də keçirilmiş buraxılış imtahanlarının cavabları bu həftənin sonuna elan olunacaq.
Olaylar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.
O bildirib ki, martın 9-da təşkil olunmuş imtahanın cavabı isə prosesə uyğun olaraq 6 həftədən sonra məlum olacaq.
"Müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirilir", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31