“Olaylar” yazır, yaradır, tərəfsiz olaraq öz işini davam etdirir- ÖZƏL
8 Aprel 11:32 Sosial""Olaylar" və eyniadlı İnformasiya Agentliyi növbəti ad gününü yaşayır. Mən də bir oxucu olaraq hər zaman qəzetin əldən ələ gəzən nüsxələrini sevə sevə oxuyardım. Onda köşklərdə satılan qəzetlər içərisində "Olaylar"ın da öz dəsti- xətti vardı. Doğrudan da az vaxt deyil ,o gündən bu günə 30 il keçib".
Bunu Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirli "Olaylar"ın 30 illik yubileyi ilə bağlı kollektivi təbrik edərkən deyib:
"30 il keçməsinə baxmayaraq qəzet və sayt bu günə kimi yenə ayaqdadır. "Olaylar" yazır, yaradır, tərəfsiz olaraq öz işini davam etdirir. "Olaylar"ın 30 illik yolu onun oxucularına sevgisi və sadiqliyidir. Bu sevgini və sadiqliyi yaradan, onun ayaqda qalmasının ən başlıca səbəbi ətrafına topladığı yaradıcı insanlardır.
30 illik yubileyini qeyd etdiyimiz "Olaylar" bu adla mətbuata qədəm qoymuş, o adla da davam etməkdədir. Özümü "Olaylar"ın sıradan bir oxucusu sayıram. Mürəkkəb və vacib missiyasının yerinə yetirilməsi zamanı yorulmayıb, işinə bir an belə fasilə verməyib, hər zaman oxucularının səsinə səs verən "Olaylar" ın bütün kollektivini və dostum, müəlliflər sırasında nüfuz sahibi olan Alim Hüseynlini təbrik edirəm. Azərbaycan həyatının bütün sahələrini əhatə edən, özünəməxsuz yaradıcılıq ənənələri, gözəl, bənzərsiz, geniş oxucu auditoriyasını qazanmış "Olaylar"ı təbrik edirəm. Hesab edirəm ki, "Olaylar" daha böyük zirvələrə yüksələcək. Yubileyiniz mübarək, əziz dostlar! Yübileyiniz mübarək, əziz "Olaylar"!