Fazil Mustafa “Olaylar”ı 30  illik  yubileyi  münasibətilə təbrik etdi- ÖZƏL

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birlklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa 

"Olaylar" informasiya agentliyinin və eyniadlı qəzetin 30  illik  yubileyi  ilə  bağlı  təbrik  məktubu göndərib.  Məktubda  deyilir:

Hörmətli  Yunus  müəllim!

Azərbaycanın media məkanında özünəməxsus yeri, rolu olan "Olaylar" informasiya agentliyinin və eyniadlı qəzetin qarşıdan gələn 30 illik yubileyi ilə bağlı Sizi səmimi-qəlbdən təbrik edirəm!

İnformasiya cəmiyyətinə keçid mərhələsində medianın üzərinə düşən missiya olduqca böyük və məsuliyyətlidir. Bu baxımdan, "Olaylar" agentliyi və qəzeti illər boyu cəmiyyətin informasiya tələbatını təmin etmək, operativlik və obyektivlik prinsipinə sadiq qalmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək yönündə önəmli işlər görmüş, vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe sərgiləmişdir.

Özəlliklə vurğulamaq istərdim ki, "Olaylar"ın fəaliyyəti təkcə xəbərlərin yayımı ilə məhdudlaşmır, həm də maarifləndirici, ictimai fikir formalaşdırıcı missiya daşıyır. Bu da "Olaylar"ın  ictimaibirliklər və dini qurumlarla bağlı məsələlərə daim diqqət yetirməsini və bu sahədə balanslı mövqeyini nümayiş etdirir.

Əminəm ki, "Olaylar" bundan sonra da dövlətçilik və milli maraqlar kontekstində fəaliyyətini uğurla davam etdirəcək, cəmiyyətin maariflənməsi və sağlam informasiya mühitinin formalaşmasında öncül mövqeyini qoruyacaq.

Yubiley münasibətilə Sizi  Milli Məclisin İctimai birliklər və diniqurumlar komitəsi adından bir daha təbrik edir, kollektivinizə möhkəm cansağlığı, peşəkar uğurlar və yeni başarılar arzulayıram!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31