Azərbaycan mətbuatının “Olaylar”ı – 30 ilin uğur yolu – ÖZƏL

Aprelin 24-ü Azərbaycan mətbuatının tanınmış adlarından biri - "Olaylar" qəzetinin və eyni adlı İnformasiya  Agentliyinin  30 yaşı tamam olur. Azərbaycan mətbuatının inkişafında özünəməxsus rolu olan "Olaylar" qəzeti artıq 30 ildir ki, informasiya məkanında öz sözünü deməyə davam edir. 

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Əli Zülfüqaroğlu qəzetin 30 illik yubileyi ilə bağlı   kollektivi  təbrik edib:

""Olaylar" qəzeti Azərbaycan mətbuatında öz dəst-xətti olan və Azərbaycan mətbuatı tarixində iz qoymuş media quruluşlarından biridir. "Olaylar"ın kollektivinin peşəkar fəaliyyəti qəzetin oxunaqlı olmasını və ön sıralarda dayanmasını təmin edir. Azərbaycan mətbuatı tarixində 30 il ayaqda qalmaq sıradan məsələ deyil. Ümid edirəm ki, qəzet fəaliyyətini bundan sonra da yüksək səviyyədə davam etdirəcək.
Baş redaktor Yunus Oğuz başda olmaqla qəzetin kollektivini təbrik edir, davamlı uğurlar arzulayıram!"

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31