30 yaşlı "Olaylar"ın Azərbaycan mətbuatında özünəməxsus yeri var- İlyas Hüseynov ÖZƏL
8 Aprel 2025 09:14 Sosial"Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyi 30 il ərzində Azərbaycanda müstəqillik dövrünün ən mühüm media orqanlarından birinə çevrilib. Qəzet, həm yerli, həm də beynəlxalq hadisələri işıqlandıraraq, cəmiyyətin müxtəlif sahələrindəki məsələlərə obyektiv yanaşma ilə tanınıb. Bu yubiley münasibətilə, politoloq İlyas Hüseynov qəzetin ölkə mediasının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. Onun fikrincə, "Olaylar" Azərbaycanın jurnalistika tarixində özünəməxsus yer tutaraq, ictimai və siyasi həyatın formalaşmasında əvəzsiz rol oynayıb:
""Olaylar" ın Azərbaycan mətbuat tarixində mühüm yeri vardır. Çünki bu qəzet bir tərəfdən ictimai-siyasi məsələlərə toxunur, digər tərəfdən hər zaman müxtəlif yazarlar, ürəyi sözlə dolu olan bizim dəyərli şəxsiyyətlər, simalar bu qəzetin səhifələrində öz düşüncələrini oxucuları ilə bölüşürlər. Mübaliğəsiz söyləmək olar ki, müasir mətbuatımızda "Olaylar" qəzetinin və eyni adlı saytın özünəməxsus dəsti-xətti vardır. "Əkinçi" qəzetindən bu yana mətbuat tariximizdə öz qərəzsizliyi, Azərbaycancılıq prinsiplərini özündə birləşdirən yanaşması hər zaman oxucuların rəğbətini qazanmışdır.
Qəzetin baş redaktoru Yunus Oğuz özü də daim oxucuları ilə bu media orqanları vasitəsilə görüşə gəlir və dərin məzmunluq təhlilləri, analitik düşüncəsi ilə regional və qlobal miqyasda baş verən proseslərə toxunur. Biz siyasətçilər, politoloqlar bu qəzet vasitəsilə də öz təhlillərimizi bölüşürük və burada iqtisadçılar, hərbi ekspertlər, millət vəkilləri, rəsmi şəxslər müxtəlif açıqlamalar, bəyanatlar yayılırlar. Hesab edirəm ki, 30 illik dövr ərzində "Olaylar" qəzeti və saytı böyük uğurlar əldə etmişdir və bu yaradılan fürsətdan istifadə eləyərək həm Yunus Oğuz başda olmaqla sizin bütün kollektivi ürəkdən təbrik edirəm, sizə yeni-yeni yaradıcılıq uğurları və möhkəm can sağlığı arzulayıram".
Zeynəb Mustafazadə