Yusif Məmmədəliyevlə Şarl de Qollu birləşdirən nədir?

Dünya şöhrətli Azərbaycan alimi Yusif Məmmədəliyev və Fransanın sabiq prezidenti Şarl de Qoll eyni binada yaşayıblar.

Olaylar.az "Tehsil365"-a istinadən xəbər verir ki, bu barədə tarixçi alim Elnur Nəciyev məlumat yayıb.

Elnur Nəciyev bildirib: "AMEA-nın sabiq prezidenti Yusif Məmmədəliyev "Hacınskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən tarixi binada yaşayıb. Həmin binada 1944-cü ilin noyabr və dekabr aylarında general Şarl de Qoll da qalıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31