Birinci sinfə elektron qeydiyyat yekunlaşdı
4 Aprel 14:29 SosialBirinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi məqsədilə edilən müraciətlərin qəbulu 1 aprel tarixində yekunlaşıb.
Olaylar.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən ümumilikdə 2000 nəfərə yaxın vətəndaşın müraciəti qeydə alınıb. Hazırda bu müraciətlər təhlil mərhələsindədir.
Qeyd edək ki, ünvan dəqiqləşdirilməsi prosesi birinci sinfə qəbul zamanı vətəndaşların yaşayış yerlərinə uyğun məktəb seçimini düzgün və şəffaf şəkildə həyata keçirmək məqsədi daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31