Bakıda dünya din təhsili sahəsindəki vəziyyət müzakirə ediləcək
2 Aprel 2025 13:50 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 22-23 oktyabr 2025-ci il tarixlərində Bakıda "Müasir din təhsili modelləri ənənələr və qlobal çağırışlar kontekstində" mövzusunda beynəlxalq simpozium keçiriləcək. Mənəvi Dəyərlərin Təbliği Fondundan "Olaylar"a bildirilib ki, simpoziumun məqsədi Azərbaycanda və dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili, onların həlli ilə bağlı təkliflərin irəli sürülməsinin təmin edilməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31