Nigarın efirdə dediyi sözlərə görə araşdırma başladı – Rəsmi
31 Mart 18:58 Sosial"Kanal S" televiziyasında yayımlanan "Sözün bitdiyi an" programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq.
Bu barədə Globalinfo.az-a Audiovizual Şuaradan məlumat verilib.
"Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, kanalın "Sözün bitdiyi an" verilişinin aparıcısı Nigar Fərhad efirdə "Oğluma atasız qız almaram" demiş və onun bu sözləri güclü ictimai qınağa və etiraza səbəb olmuşdur. Aparıcı daha sonra video çəkərək üzr istəmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31