Məscidlərdə bayram namazı qılınıb

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda məscidlərdə bayram namazı qılınıb.

Bu gün Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınıb.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 30-u və 31-i ölkədə Ramazan bayramı kimi qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31