İlin ilk Günəş tutulması başladı
29 Mart 13:45 SosialBu gün 2025-ci ilin ilk Günəş tutulması başlayıb.
Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, bu, qismən Günəş tutulmasıdır.
Tutulma bu gün saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.
Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.
Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31