Yol lövhələrindən çıxarılan “Nardaran” adı qaytarıldı – FOTO

 

 

 

Xəbər verdiyimiz kimi, bir müddət öncə Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək "Sea Breeze" yazılması müzakirələrə səbəb olmuşdu. 

Maraqlıdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həmin vaxt məsələyə aydınlıq gətirərək, bunu "həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır" kimi qələmə vermişdi.

"Qafqazinfo"nun məlumatına görə, artıq həmin istiqamətlərdə yol nişanlarında "Sea Breeze" adı silinib, əvəzində isə Nardaran adı əks olunub.

Əvvəl

7(124) 8(101)

Sonra

5(223)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31