Meşə sahələri ən çox hansı ölkədə məhv edilir?
22 Mart 2025 13:48 SosialDünyanın təbii sərvətləri getdikcə daha çox azalır. Xüsusilə, meşə sahələrinin sürətlə azaldığı bu dövrdə hər il təbiətə vurulan ziyan qorxunc həddə çatır. 1990-cı ildən bəri təqribən 420 milyon hektar meşə sahəsi məhv olmuşdur, bu da Çin ərazisinin yarısı qədər böyük bir sahəni əhatə edir.
Milli.Az xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Rusiyadakı nümayəndəliyinin rəhbəri Vladimir Moşkalo deyib.
O bildirib ki, 2015-ci ildən 2020-ci ilə qədər meşələrin qırılma tempi ildə təqribən 10 milyon hektar təşkil edib:
"Bu, təxminən Portuqaliyanın ərazisinə bərabərdir. Hər il dünyada kənd təsərrüfatı məqsədləri də daxil olmaqla, təqribən 25 milyon hektar meşələr qırılır və ya yandırılır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31