Qar uçqununda həlak olan ikinci hərbçimiz də dəfn edildi
22 Mart 2025 12:59 SosialGədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Sabirabadda dəfn edilib.
APA xəbər verir ki, vida mərasimindən sonra əsgər İmanov Əli Tariyel oğlu Sabirabadın Muğan Gəncəli kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Rüstəm Ruslan oğlunun nəşləri aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31