Daxili İşlər Nazirliyi kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.
Müraciətdə bildirilib ki, kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər.
"Ssenarilər fərqli olsa da, məqsəd eynidir. İnsanları aldatmaq, vəsaiti ələ keçirmək.
Müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla "Whatsapp" və "Telegram"da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər.
Son aylarda qeyd etdiyimiz üsulla - yəni oxşar hesablar və nömrə eyniləşdirmə yolu ilə maddi vəsaitlərinin talanması hallarının artdığı müşahidə olunmaqdadır.
Gəlin, hər zaman olduğundan daha diqqətli davranaq, zəng edibsə yazaraq, yazıbsa zəng edərək dəqiqləşdirmə aparaq, şəxsi, həmçinin kart məlumatlarımızı heç kimlə bölüşməyək", - qurumdan qeyd edilib.