Bu gün qısaldılmış iş günüdür
19 Mart 2025 12:01 SosialAzərbaycanda 19 mart qısaldılmış iş günü olaraq müəyyən edilib.
Olaylar.az xəbər verir ki, 20-24 mart tarixlərində Novruz bayramı, həmçinin 30 və 31 mart Ramazan bayramı iş günü hesab edilməyən rəsmi bayram günləri kimi qeyd olunacaq.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, istirahət, səsvermə və bayram günləri qabağı iş gününün müddəti bir saat qısaldılır. Bu qayda Məcəllənin 91, 92 və 93-cü maddələrində göstərilən istisnalarla yanaşı tətbiq olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31