Komitə sədri sayt rəhbərini təbrik etdi

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa "Üçüncü Sektor" İctimai Birliyinin icraçı direktoru, "Veteninfo.az" informasiya agentliyi və eyniadlı saytın qurucu-rəhbəri Nahid Canbaxışlını 50 illik yubileyi münasibətilə təbrik edib.

Komitə sədrinin məktubunda yubilyarın həyat və fəaliyyətinin ən önəmli məqamlarına toxunulur:

"Hörmətli Nahid müəllim,
Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, ictimai və jurnalistlik fəaliyyətinizdə yeni uğurlar arzulayıram!

Çox şadam ki, bu əlamətdar yubileyinizi düşmən işğalından azad edilmiş ərazilərimizdə - Sizin hələ ən gənc yaşlarınızda könüllü olaraq döyüşdüyünüz torpaqlarda "Böyük Qayıdış" nəticəsində yaşayışın bərpası fonunda qeyd edirsiniz. 
Siz bir qazi jurnalist olaraq fəal ictimai mövqeyiniz, vətəndaş cəmiyyəti institutlarındakı uzunmüddətli və səmərəli fəaliyyətinizlə seçilirsiniz.

Siz, həmçinin, Milli Məclisdə akkreditasiya olunan mətbuat nümayəndələrindən biri kimi parlamentin, o cümlədən İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyətini obyektiv şəkildə işıqlandırırsınız.

Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm"!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31