TİO 2026-cı ildə Ankarada keçiriləcək!

Bu il ikincisi keçiriləcək Türk İnteqrasiya Olimpiadası gələn il Türkiyənin Ankara şəhərində keçiriləcək. 
Türkiyənin ən böyük özəl məktəb şəbəkələrindən biri olan "Nəsibə Aydın" məktəblərinin sahibi və Direktoru Mirkan Aydın bəy heyəti ilə birgə Bakıda səfərdə olub və bu səfər çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqlə görüşüb, Hədəf konsepti ilə yaxından tanış olublar. Görüş çərçivəsində tərəflər Hədəf STEAM Liseyi ilə Nəsibə Aydın məktəbləri arasında qardaş məktəblər memarandumu imzalayıb.  Memarandumda Hədəf liseyi ilə "Nəsibə Aydın" məktəblərinin həm müəllim, həm də şagirdləri arasında əməkdaşlıqlarının qurulması, təcrübələrinin bölüşməsi, geniş tərkibli birgə pedaqoji fəaliyyətlər razılaşdırılıb. Həmçinin Hədəf Liseyinin təsisçisi olduğu və bu il ikincisi keçiriləcək Türk İnteqrasiya Olimpiadasında "Nəsibə Aydın" məktəblərinin tərəfdaş kimi iştirakı və 3-cünün Ankarada "Nəsibə Aydın" məktəblərində keçiriləcəyi ilə bağlı anlaşma imzalanıb. 

Onu da nəzərə çatdıraq TİO-II üçün yerli mərhələ üçün qeydiyyat davam edir.  

* Üç dildə iştirak mümkün olacaq (Azərbaycan, rus, ingilis); 
* İmtahan onlayn formada təşkil olunacaq; 
* 13 - 16 yaşlı məktəblilər iştirak edəcəklər. 

Olimpiadada iştirak ÖDƏNİŞSİZDİR. Biletləri Hədəf Kursları və Hədəf Liseyinin filiallarına yaxınalaşaraq əldə edə bilərsiniz. 

Əlavə məlumat üçün rəy bölməsinə "+" yaza bilərsiniz. 

Əlaqə: +994 77 220 03 02

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31