"Qərbi Azərbaycan mövzusu 100 ildə" mövzusunda dəyirmi masa keçirilir
17 Mart 2025 16:11 SosialADA Universitetində "Qərbi Azərbaycan mövzusu 100 ildə" mövzusunda dəyirmi masa keçirilir.
Olaylar.az xəbər verir ki, tədbir Qərbi Azərbaycan mövzusunda filmin nümayişi ilə start götürüb.
Qərbi Azərbaycan İcmasının Gənclər Şurası və Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayilovun moderatorluğu baş tutan tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə, ADA universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov, tarix elmləri doktoru Güntekin Nəcəfli və digər rəsmi şəxslər iştirak edirlər.