Bayramda "ASAN xidmət" işləyəcək?
17 Mart 2025 13:31 SosialNovruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, həmçinin, 29, 30 və 31 mart tarixlərində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Olaylar.az-a "ASAN xidmət"dən məlumat verilib.
Mərkəzlərdə 25, 26, 27, 28 mart tarixlərində isə iş günü olacaq.
Qeyd edilib ki, 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 7 aprel 2025-ci il tarixinədək fəaliyyətini qismən məhdudlaşdırılmış formada davam etdirəcək.
Mərkəzin qeyd olunan müddətdəki iş rejimi barədə məlumatıhttps://vxsida.gov.az/az/article/2370keçidinə daxil olmaqla əldə etmək olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31