"Ağstafanın bir sıra kəndlərində qaz yoxdur"-Komitə sədri

"Ağstafada qazlaşdırma səviyyəsi ümumilikdə yüksək olsa da, rayonun Poylu, Göyçəli, Aşağı Kəsəmən, Qıraq Kəsəmən, Xətai, Zəlimxan və Köçəsgər kimi kənd və qəsəbələrində - yeni yaşayış massivlərində qaz yoxdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında - hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatın təqdimatında bildirib.

Deputat deyib ki, Qıraq Kəsəmən kənd sakinləri öz vəsaitləri hesabına tarixi abidə kimi təsdiqlənmiş İsrafil ağanın evinin bərpası üzrə müraciət edib: "Bu məsələnin həllinə kömək edilməsini xahiş edirəm.Ağstafa-Qazax regionunda iqtisadi fəal insanların məşğulluğu aqrar sahədən, bu sahənin inkişafı isə suvarmadan asılıdır. Suvarma sistemlərinin təkmilləşdirilməsi isə investisiya tələb edir. Bu məsələdə də baş nazirdən göstəriş verilməsini xahiş edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31