Yeni istilik elektrik stansiyası istifadəyə veriləcək
12:16 SosialMingəçevir şəhərində 2023-cü ildə təməli qoyulmuş yeni İstilik Elektrik Stansiyasının (İES) 2025-ci ilin 1-ci yarısında istismara veriləcəyi gözlənilir. "Olaylar"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Hesabata əsasən, ümumi gücü 1880 meqavat təşkil edən İES-in tikinti işləri başa çatıb, avadanlıqlar (4 ədəd util qazan, 4 ədəd qaz turbini, 4 ədəd elektrik generatoru, 4 ədəd güc transformatoru) quraşdırılıb və ilkin olaraq 1 saylı qaz turbini ve 7 saylı buxar turbini test rejimində işə salınaraq enerji sistemə qoşulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31