Qarabağ və Şərqi Zəngəzurda 74 obyektin tikintisinə icazə verilib
11:41 SosialÖtən il Bakıda 93 tikinti obyekti üzrə "tikintiyə icazə", 85 tikinti obyekti üzrə "istismara icazə" sənədi verilib. "Olaylar"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Məlumata görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində ümumilikdə 74 tikinti obyekti üzrə "tikintiyə icazə", 13 tikinti obyekti üzrə isə "istismara icazə" sənədi verilib.
Prezidentin "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının icrası ilə bağlı Bakı üzrə 651 obyekt, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində 103 obyekt üzrə sadələşdirilmiş qaydada "istismara icazə" verilib.