Azad olunmuş ərazilərdə dəfn edilənlərin sayı açıqlanıb

Azad olunmuş ərazilərdə qəbiristanlıqlara torpaqlar ayrılır. "Olaylar" xəbər verir ki,  bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Programı"nın Tədbirlər Planının 2.2.2-ci tədbirinə əsasən 2022-2026-cl illər ərzində müvafiq ərazilər üzrə səhərlərdə və qəsəbələrdə qəbiristanlıqların tikintisi nəzərdə tutulub. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin icrası davam etdirilir. Bildirilib ki, işğaldan azad olunmuş ərazilər üzrə qəbiristanlıqlara Ağdam şəhərində 25,11 ha, Fizuli şəhərində 26 ha, Şuşa şəhərində 5,5 ha torpaq sahəsi ayrılmış və qeyd olunan şəhərlərin Baş Planında təsbit olunmuş, Zəngilan şəhərində 3,9 ha, Cəbrayıl şəhərində 3,5 ha, Qubadlı şəhərində 3,42 ha, Laçın şəhərində 4,33 ha, Kəlbəcər şəhərində 3,5 ha torpağın qeyd olunan məqsəd üçün ayrılması istiqamətində torpaqayırma icraatı davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31