Komitə sədri Məclisdə vətəndaş qəbulu keçirib
16:43 SosialMillət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa mart ayı üzrə vətəndaş qəbulu keçirib.
Qəbula gələn vətəndaşları diqqətlə dinləyən Komitə sədri onların qaldırdığı məsələlərlə yaxından tanış olub. Müraciətlər əsasən ictimai iştirakçılıq, bəzi məscidlərdə ibadət imkanları, əfv, məşğulluq, məhkəmə qərarlarının icrası və digər mövzularla bağlı olub.
Müraciətçilərə müvafiq izahatlar verilib, həmçinin onların məktubları ilə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına müraciət ediləcəyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31