Cəhalətlə mübarizədə ən kəskin silahlardan biri teatrdır- ÖZƏL

"10 Mart - Milli Teatr Günüdür. Bu gün zəngin bədii irsi , qədim yaradıcılıq ənənələrini özündə tərənnüm etdirən Azərbaycan teatrı yaranmasının 152-ci ildönümünü qeyd edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məcllisin deputatı Tamam Cəfərova deyib: "Milli Teatr Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, görkəmli teatr xadimlərinə  milli teatrımızın inkişafı naminə fəaliyyətlərində uğurlar arzu edirik. Qeyd edək ki, 1873-cü ilin bu günündə M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasının tamaşası ilə peşəkar teatrımız pərdələrini ilk dəfə tamaşaçıların üzünə açıb. Ana dilində yaradılan, milli mədəniyyətimizə söykənən və uzun illər yaşayan teatrımız bu günə böyük şərəflə gəlib. Cəhalətlə mübarizədə ən kəskin silahlardan biri kimi teatr sənəti cəmiyyətin mədəni-estetik tərbiyəsində mühüm rol oynayıb. 
Xüsusilə qeyd edək ki,hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə "Milli Teatr Günü" təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında "Milli Teatr Günü" kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31