Valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin ödənilməsi təsdiqlənib

Valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi III oxunuşda təsdiqlənib. "Olaylar" xəbər verir ki, bununla bağlı "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə olunub. Qeyd edilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə onlara birdəfəlik pul vəsaiti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi konkret məbləğdə ödəniləcək. Layihəyə əsasən, ödənişi təhsil müəssisəsi həyata keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31